Kediçiklərin siyasi agentliyi, İsmayılovanın tərcüməçiliyi, dövlət çevrilişi və... - Adnan Oktar təşkilatı ilə bağlı ŞOK detallar - FOTO

Türkiyədə Adnan Oktar cinayətkar dəstəsi ilə bağlı istintaqın iddianaməsinin detalları üzə çıxıb. Sherg.az Türkiyə mətbuatına istinadən cinayətin istintaqının detallarını təqdim edir. İddianamədə şübhəli Fatma Ceyda Ertüzünun sabiq bir siyasətçiyə və bağlanan “Zaman” qəzetinin yazarına email vasitəsilə önəmli məktub göndərdiyi qeyd olunub. 17-25 dekabr hadisələrindən 2 ay əvvəl, 5 sentyabr 2013-cü il tarixində göndərilən məktubda “yaz aylarında Türkiyədə gözlənilən qarışıqlıqdan əvvəl mütəmadi toplantılar keçirməyimiz çox faydalı olacaq” – yazılıb
Leyla adlı tərcüməminin isə təşkilata çalışdığı və Rusyada keçirilən Akkuyu və Kırım görüşmələri də daxil olmaq üzrə qatıldığı bütün görüşmələrin detalları haqqında Adnan Oktara məlumat verdiyini açıqlayıb. İstintaqın hazırladığı iddianamədə Adnan Oktarın dəstəsi Silahlı Cinayətkar Təşkilatı (AOSSÖ) olaraq adlandırılıb.

“Oktarı tərəfdarları “İmam Zaman ağa” hesab edib”

 Sənəddə Oktarın, “A9” TV kanalında yayımlanan proqrama xaricdən gətirilən başqa dinlərə mənsub şəxslərin qonaq etdiyini, Fətullah Gülən terror təşkilatının (FETÖ) ideoloji bənzəri olan dinlerarası diyaloq yönündə proqramlar hazırladığı qeyd edilib. İddianamədə dini istismar edən təşkilatların fəaliyyətinə qanuni görüntü qazandıqmaq məqsədilə özlərinə günahsızlıq adları verdikləri bildirilir: “Necə ki, FETÖ özünü “Xidmət hərəkatı”, Hizbullah “Mustazaflar Cəmiyyəti” olaraq tanıdır, Adnan Oktarın terror təşkilatı isə özünü “Dostluq qrupu” kimi qələmə verərək, bu ad altında qanuni fəaliyyət görüntüsü yaratmaq istəyib. Həmçinin FETÖ mənsubları təşkilat lideri üçün “gözlənilən salih zat” ifadəsindən istifadə edərək, “qurtarıcı ülvi bir varlıq” qiyafəsində gördükləri kimi, Oktarı da tərəfdarları “mehdi” olaraq görüblər. Oktarın İmam Zaman ağa olduğuna mənsubları da inanıb. 

Seçkilərdə səs verməyib


İddianamədə həmçinin Adnan Oktarın hərbi xidmətini ödənişli olaraq keçirdiyi, Yüksək Seçki Qurumunun (YSK) qeydiyyatına görə son 10 ildə baş tutan heç bir seçkidə səs vermədiyi qeyd olunub. Oktarın adına hansısa aktiv və passiv mülk qeydiyyatına rastlanmadığı, bu günə qədər hansısa bank əməliyyatları keçirmədiyi, hər hansı şirkətdə işləmədiyi, hər hansı şirkətdə rəhbərlik və şəriklik etmədiyi də iddianamədə vurğulanıb. Adnanın dəstə üzvlərinə təlimatlar verərək heç bir seçkidə səs verməmələrini qəti tələb etməsi də ortaya çıxıb. İstintaq sənədində o da məlum olub ki, Oktar təşkilatın kişi cinsindən olan üzvlərinə hərbi xidmətə getməmələri yönündətəlimatlar verib. O hesab edib ki, üzvlər əsgərlik müddətində təşkilata xidmət edə bilməyəcək. Daha vacibi isə təşkilatın ideyasından uzaqlaşacaqlar, iradələri azad olacaq və qayıtdıqda sorğu-sual edəcəklər. Əsgərlikdə həqiqətləri öyrənəcəkləri təqdirdə, təşkilatdan uzaqlaşacaqlar. Ona görə də hərbi xidmətə getməmək tələbində qəti olub. 

Danışıqların detallarını sızdırıb


İddianamədə etirafçı-şahid olan şübhəli Ece Koçun ifadəsinə də yer verilib. Koç qeyd edib ki, Rusiya əlaqələri ilə bağlantılı, Fatih Menetin şirkətində idarəedici olan və Rusiyadakı işləri kordinasiya edən Leyla İsmayılova adlı rus və ya tatar millətindən bir qız olub: “Leyla çox təcrübəli tərcüməçi idi. Türkiyədən Rusiyaya nazir və ya yüksək çinli bir məmur gedəndə görüşlərin tərcüməsini edirdi. Leyla tərcümə etdiyi görüşlərin detallarını Oktarın təşkilatına çatdırmaq üçün adətən məlumatları Fatih Menetə verirdi. Ara-sıra isə Leyla Adnan Oktar ilə təkbətək görüşürdü.  Leyla ən son Akkuyu Atom Stansiyası və Kırımla bağlı görüşmələrə qatılaraq tərcüməçilik etdi. Görüşlərdə qeyd etdiyi detalları Fatih Menet vasitəsilə Adnan Oktara göndərdi. Bu detallarda Səudiyyə şahzadələri ilə bağlı da məlumatlar var idi. Məlumatlarda vəliəhd şahzadələrdən hansının Amerikanın adamı olduğu, hansının Rusiyaya yaxınlığı haqqında detallar vardı.
Xarici İşlər Nazirliyinin rəsmi heyəti 2017-ci ilin sonu və 2018-ci ildə Rusiyaya Suriya məsələsi ilə bağlı səfər etdiyində Leyla yenə tərcüməçilik edib. Bu görüşmələr gizli idi və mətbuatda məlumatlar verilməmişdi. Amma həmin görüşmələrlə bağlı da Leyla Oktara məlumatlar göndərib”. Koç ifadəsinin davamında qeyd edib ki, 30 yanvar 2018-ci il tarixində Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan görüşdə Leyla İzmayılova tərcüməçi olub: “Görüşdə razılaşdırılan siyasi qərarları Leyla mənimlə bölüşdü”. 

“Putinin arvadı ilə dost...”

 Koç: “Tina Kandelaki adlı bir rus xanımla görüşmək istəyirdik. Tərcümə məsələsində Leyladan kömək istədik. Əhməd Oktar Babuna bu qadınla İsveçrədəki Davos forumunda tanış olmuşdu. Təşkilatımız tərəfindən o qadını qonaq çağırmaq istəyirdik. Qadın da təklifimizi qəbul etdi. Leyla Tina Kandelakinin bu dəvətimizi qəbul etməsini qeyri-adi saydı və dedi ki, qadın Rusiya prezidenti Vladimir Putinin ikinci arvadı ilə çox yaxın rəfiqədirlər, Putin ailəsinin bir çox şəxsi sirrinə bələddir, Rusiya dövlət televiziyasının sədridir. Leyla həmçinin dedi ki, qadın həmçinin Rusiya üçün agent məlumatları toplamaqla məşğuldur. Ona görə də dəvəti qəbul etməsində başqa niyyətləri ola bilər”.

Sabiq siyasəçi ilə şok yazışma...

 İstintaq sənədində Oktarın cinayət təşkilatının lideri olaraq FETÖ silahlı terror təşkilatı ilə təbii olaraq üzvlük şəklində bir bağ təşkil etməsə də FETÖ-a yardım etdiyi ortaya çıxıb. Şübhəli Fatma Ceyda Ertüzünün keçmiş bir siyasətçi və bağlanan “Zaman” qəzetinin yazarına emaillə önəmli bir mesaj göndərib. Mesajda 17-25 dekabr hadisələrindən 2 ay əvvəl, 5 sentyabr 2013-cü il tarixində göndərilən məktubda yazılanlar bunlardır: “Türkiyə ilə bağlı sənədlər hazırlanır. Bizim CFR-də toplantımızdan xəbərdar olduqları üçün Türkiyədən gələn qonaqların, yəni sizinlə birlikdə bizim, onlara da brifinq keçirməyimizi istəyirlər. Bununla yanaşı başqa bir təşkilatdan, “Foundation For Defense and Democrasies” adlı qurumdan Conatan Schanzer də ilk dəfə Türkiyədən olan insanlar olaraq bizi qəbul etmək istəyir. Bu səbəblə bir həftə orada sizi qonaq etsək olarmı? Yaz aylarında Türkiyədə gözlənilən qarışıqlıqdan əvvəl mütəmadi toplantılar keçirməyimiz çox faydalı olacaq”. 
İddianamədə 17-25 dekabr çevriliş cəhdi baş tutmayandan sonra ABŞ-da “Hakan Atilla İşi” olaraq bilinən məhkəmənin fiqurlarından olan Conatan Schanzerin Adnan Oktarın təşkilatı tərəfindən əvvəllər Türkiyədə maliyyə məsələləri həll edilərək qonaq edildiyi, onun yüksək vəzifəli şəxslərlə görüşdürüldüyü, onun vasitəsilə məlumatlar topladıldığı vurğulanır. 

Höküməti devirmə sənədi...

 Şübhəli Yeliz Sucunun ifadəsi: “Aylin Atmaca 2014-cü ildə Henri Barkey ilə birlikdə prezident Rəcəb Tayyib Ərdoğanın və hakimiyyətin devrilməsinə yünəlik raport hazırlayan bir şəxsdir. Bu adamın FETÖ ilə bağlı bir çox yazısı vardı. Həmçinin ingilis “dərin dövlət”inin agentləri ilə əlaqələri var”.

Qeydlər götürüblər


Şübhəli Fatma Ceyda Ertüzündən komputerindən götürülən elektron materiallarda “görüşdüyümüz adam” başlıqlı word faylında baş nazirlikdə görüşdükləri bir şəxs haqqında qeydlər götürdükləri, bu qeydlər içərisində prezident Rəcəb Tayyib Ərdoğan və Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və siyasi şəxslərlə bağlı qeydlər də ortaya çıxıb.

Didəm Ürərə “təmizlik” təlimatı...

 Etirafçı Beril Koncagülün ifadəsi: “Mən şəxsi olaraq 6 aydır həbsxanadayam. Altı ayda nələrin fərqinə vardığımı söyləyə bilərəm. Mən həbsxanada 6 ay yaşadığım müddətdə özümü 9 ildir heç olmadığım kimi azad hiss etdim. 11 iyul 2018-ci il tarixindəki əməliyyatdan Oktarı xəbəri var idi. Adnan Oktar elektron “təmizlik” edilməsi təlimatını Didem Ürərərə verdi. Didəm Ürərin koordinasiyasında təşkilatdakı bütün elektron materialların arxivinə yönəlik “təmizlik” Dəniz Tanık tərəfindən həyata keçirildi”.

Professorları da “oyuna” alət ediblər


Araşdırmalarda ələ keçən hard disk içindən, təşkilat üzvlərinin Adnan Oktara qeydiyyatdan kənar, xüsusi müayinələrlə psixi pozğunluğu olması ilə bağlı sənəd almaq üçün professorlarla əlaqələr yaratdıqları, 34 həkim tərəfindən üzvlərə verilən cavablar qeyd olunub. Ortaya çıxan sənəddə professorlar haqqında belə ifadələr yer alıb: 
- Prof. Dr. Vedat Sar: Əsəbləri pozuldu. Qətiyyətlə saxta sənəd verməyəcəyini söylədi.
- Doç.Dr. Ahmet Kibaroğlu: Verir.
- Prof. Dr. Ayhan Kalyoncu: Pula düşkündür. İki gün düşünüb sənəd vermək üçün qiymət düeyəcəkdi. Dəli çıxdı.
- Prof. Dr. Sedat Özkan: Çox lazımlı sənəd verdi.
- Prof. Oğuz Karamustafaoğlu: Verəcək inşallah. 
- Prof. Dr. Kamal Arıkan: Verdi.

Gəlir qaynaqları...

 İddianamədə təşkilatın ana gəlir qaynaqlarının, təşkilat mənsublarının ticari faaliyyətləri, bank və kredit fırıldaqları, beynəlxalq ticarət fəaliyyəti və dələduzluqla qazanılan pullar olduğu vurğulanıb. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu