“İstiqlal caddəsi”nin adı dəyişdirilirFəallar etiraz edir

Türkiyənin Qurtuluş Savaşı və Cümhuriyyət quruluşunun təməllərinin atıldığı, 4 İyul Konqresinə ev sahibliyi etmiş Sivasdakı “İstiqlal caddəsi” deyilən küçənin adı dəyişdirilib

Sherg.az Türkiyə mətbuatına istinadən bildirir ki, Sivasın hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bələdiyyə sədri küçənin adını dəyişdirərək, məhkəmə salonunda ölən Misirin devrilmiş keçmiş prezideni Məhəmməd Mursinin şərəfinə “Şəhid Məhəmməd Mursi” küçəsi adlandırıb. 
Bələdiyyə Məclisində qəbul edilən bu qərar təsdiqlənməsi üçün Sivas valiliyinə göndərilib. 
Yerli fəallar isə küçənin adının dəyişdirilməsinə qarşıdırlar.  Cümhuriyyət Qadınları Dərnəyinin Sivas şöbəsinin rəhbəri Nurtən Yanalak deyib ki, sözügedən qərarla bağlı məhkəməyə müraciət edəcəklər. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu