Ərdoğan:«S-400 »lər NATO-ya güclü təsir göstərəcək»


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan «S-400»  raketlərinin göndərilməsi prosesinin  başa çatma tarixini açıqladı.

« Sherg.az»ın « fr.sputniknews.com»a istinadən xəbərinə görə, R.T.Ərdoğan açıqlayıb ki, « S-400 »lərin Türkiyəyə göndərilməsi 2020-ci ilin aprelində başa çatacaq : 

«S-400 »lərin alınması Türkiyə müasir taixi üçün çox mühüm hadisədir. İlk göndəriş iyulun 14-də baş tutdu və həmin raketlər Ankaradakı bazaya yerləşdirildi ». 

Bundan başqa R.T.Ərdoğan bəyan edib ki, NATO Türkiyənin güclənməsinə sevinməlidir

«S-400 »lərin alınması NATO-ya güclü təsir göstərəcək. Əgər NATO-da 3-5 güclü ölkə varsa, onun ikisindən biri Türkiyədir. Bizim regionda Türkiyə NATO-ya ən böyük dəstəkdir. Türkiyə « S-400 »ləri almaqla təhlükəsizlik baxımından daha güclü bir ölkəyə çevrilir. Bu eyni zamanda NATO-nu da gücləndirəcək. 


Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu