Merkel xəstəliyinin əsl səbəbini AÇIQLADI 

Almaniya kansleri Angela Merkel iyulun 14-də Fransada keçirilən milli bayram münasibəti ilə bu ölkəyə səfərə gəlib  və paradda iştirak edib

«Sherg.az» «lemonde.fr»ə istinadən xəbər verir ki, onun səhhətinin qaydasında olmadığı bir vaxtda səfərlərə çxıması müzakirələrə səbəb olub. Çünki A.Merkeli 3 fərqli mühüm görüş zamanı əsməcə tutub. Əksəriyyət onun müalicə alması üçün bülleten götürməsi təklifi ilə çıxış edib. Buna dair « Civey » institutunun keçirilən sorğuda 34 faiz bildirib ki, o məzuniyyət götürüb müalicə olunmalıdır. 59 faiz isə söyləyib ki, bu, onun şəxsi işidir. 

Bu barədə danışan A. Merkel qeyd edib ki, onu əsməcə ilk dəfə iyunun 18d-ə Ukraynanın yeni prezidenti Zelenskini qəbul edərkən tutub. Kansler bunu havaların isti keçməsi ilə izah edib: « Halım  pisləşdi və 3 bakal su içdim. Sonra hər şey qaydasına düşdü. İkinci dəfə əsməcə iyulun 27-də xarici işlər naziri Frank-Valter Ştaynmayer lə görüşdə tutdu. 3-cü dəfə Finlandiyanın baş naziri Anti Rini qəbul edərkən tutdu. Buna rəğmən hazırda özümü yaxşı hiss edirəm».
Bundan başqa A.Merkel hər şeyin çox yaxşı olacağını əminliklə vurğulayıb : « Məni sevənlər narahat olmasınlar. Bu, psixoloji məsələdir. Hələ müalicələrim davam edir.  Bu, bir az zaman alacaq. Amma sonda yaxşı olacam. Narahat olmayın ! İstəmirəm kimsə mənim səhhətimlə bağlı narahatlıq keçirsin.Sizi əmin edirəm ki, yaxşı olacağam»
 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu