Avtomobilin vurub öldürdüyü 12 yaşlı çempionun FOTOSU - YENİLƏNİB 


Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Sherg.az"a  verilən məlumata görə, dünən saat 22 radələrində Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Çaylı kənd sakini E.Qocayev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini – 12 yaşlı Məhəmməd Aqqıraxlını vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qazax Rayon Polis Şöbəsi tərəfindən faktla bağlı araşdırma aparılır.
Hal şahidlərinin "Sherg.az"a verdiyi məlumat görə, avtomobil M.Aqqıraxlını evlərinin qarşısında vurub.
Avtomaşının altına düşən uşağı avtomobil 10 metr məsafəyə qədər sürüyüb. Daha sonra kənd sakinləri avtomobili qaldıraraq uşağın cəsədini maşının altından çıxarıblar. 
Qeyd edək ki, M.Aqqıraxlı körpəliyindən sərbəst güləşlə məşğul olub. Onun elə həmin gün sərbəst güləş üzrə keçirilən yarışda çempion olduğu bildirilir.   
 Allah rəhmət eləsin !

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu