Xalq artisti Türkiyədən “Şərq”ə DANIŞDI:“Özümü çox pis hiss edirəm»

Ötən həftə səhhətində ciddi problemlər yaranan Xalq artisti Yalçın Rzazadə Türkiyəyə aparılıb. Məlumat üçün bildirək ki,  Y. Rzazadəni Türkiyəyə Heydər Əliyev Fondu aparıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən müğənni Fondun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Hazırda Türkiyənin  Medikada Hospitalına yerləşdirilən xalq artistinin vəziyyəti ağırdı. Xalq artisti ilə əlaqə yaratdıq. Türkiyədən  «Sherg.az”a danışan xalq artisti hazırda özünü yaxşı hiss etmədiyini bildirdi
«Ağrılarım var, özümü pis hiss edirəm. Sağ olsun Mehriban xanım mənim səhhətimlə şəxsən maraqlandı.və müalicə üçün məni Türkiyəyə göndərdi. Hazırda Türkiyədə həkim nəzarətindəyəm. Gün ərzində halım bir neçə dəfə pisləşir. Təbii ki, həkimlər nəzarət edirlər. Amma yaş da sözünü deyir. Mən ancaq xalqımdan dualarını əsirgəməməklərini xahiş edirəm.
Məni sevənlər var, əminəm ki, onlar məndən dualarını əsirgəməzlər. Allahdan ümidimi kəsmirəm. İnşallah sağalıb vətənimə qayıdaram. Amma hazırda özümü  çox pis hiss edirəm»

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu