“Bu xəbər doğru olarsa, avtomobil bazarında qiymət...”

“Gömrük rüsumlarındakı güzəştlər avtomobil bazarında canlanma yaradacaq”.
Bunu “Sherg.az”a maşın bazarındakı vəziyyəti dəyərləndirərkən ekspert Elməddin Muradlı bildirib. 

Onun sözlərinə görə, son zamanlar ölkənin avtomobil bazarında yeni avtomobillərə tələbat artıb:
“ İnsanlar əsasən ikinci əl, nisbətən az istifadə olunmuş maşınlara üstünlük verir. Ümumi olaraq bazarda vəziyyət normaldır. Bəzi günlər alıcılıq qabiliyyəti yaxşı olsa da, bəzən bazarda durğunluq hiss olunur.
Həmçinin internet üzərindən apardığımız müşahidələr göstərir ki, satışa 12-13 minə qoyulan avtomobillər indi min manat aşağı qiymətə təklif olunur.
Çünki, yay aylarında insanlar istirahətə getdiyinə görə, bazarda alıcılıq qabiliyyəti aşağı düşür. Fikrimcə, avtomobil bazarında canlanma əsasən sentyabr-oktyabr aylarında müşahidə olunur. Bu dinamika əsasən avtomobil alverçilərinin xeyrinə olur. Yəni, onlar bu vaxtlar ucuz qiymətə köhnə maşınları alır, müxtəlif kosmetik dəyişikliklər edərək baha qiymətə sentyabr ayında bazara çıxarır.
Daha çox bu kimi faktorlardan dolayı qiymət dinamikası tarazlıq yarada bilmir. Eyni zamanda son vaxtlar bazarda gömrük rüsumlarının dəyişməsi ilə bağlı informasiya yayılıb. Söyləntilərə görə ,rüsumlarda müəyyən gözəştlər olacaq. Əgər bu xəbər doğru olsa, bazarda alıcılıq qabiliyyəti artar, insanlar yeni avtomobillərə daha çox üstünlük verər.
Amma hazırda köhnə avtomobillərin qiyməti ucuz olduğuna görə daha çox satılır. Bazarda qiyməti 15 min manata qədər olan maşınların alqı-satqı prosesi daha aktivdir. Havaların isti keçməsi ilə bağlı olaraq daha çox konfortlu avtomobillərin köhnələrinə, yəni qiyməti aşağı olanlarına üstünlük verilir”.


Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu