“...Ermənistanın AŞPA-dakı səsvermə hüququ dondurula bilər”

“5 il ərzində Azərbaycan hökuməti bütün mümkün platformalarda, beynəlxalq qurumlarda mülki girovlar məsələsini qaldırıb”.

Bunu “Sherg.az”a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib. 

Hüquq müdafiəçisi bildirib ki, həm ölkə başçısı, həm XİN, həm də vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri və media səviyyəsində məsələ daim gündəmdə saxlanılır: 


“Ən azından dünya ictimaiyyəti girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı həqiqətləri bilir. Ötən dövr ərzində Azərbbaycan 3 istiqamətdə fəaliyyət göstərib. Birinci fəaliyyət istiqaməti girovların qısa zaman ərzində öz ailələrinə geri dönmələrini təmin etməkdir. Çünki 5 il kifayət qədər böyük zamandır ki, girovların səhhətində ciddi problemlər yaransın. İkinci məqam isə bu məsələ üzərindən dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəltmək və ermənilərin işğalçılıq siyasətini ifşa etməkdir.

Bununla bağlı müəyyən nəticələr əldə olunub. 2015-ci ildə Avropa Məhkəməsinə müraciət edilib. Yaxın müddətdə proses tamamlanacaq və məhkəmə girovlarla bağlı qərarını açıqlayacaq. Qərarın icrası Avropa Şurasının Nazirlər Kabinetinin səlahiyyətindədir. İnanmaq istərdim ki, beynəlxalq qurumlar öz qərarlarına hörmətlə yanaşacaqlar. Ümid edirik, müsbət qərardan sonra müvafiq qurumlar Ermənistana təzyiqlər və çağırışlar edəcəklər”. 

Hüquq müdafiəçisi bildirib ki, işğalçı Ermənistan AŞPA-nın tam üzvüdür. Əgər qurumun bəyanatı İrəvan hökuməti tərəfindən ciddi qəbul edilməzsə, Ermənistanın AŞPA-dakı səsvermə hüququ dondurula bilər: 

“Hətta Ermənistan təşkilatdan çıxarıla da bilər. Ancaq problem ondadır ki, işğalçı Ermənistan beynəlxalq qurumların çıxardığı qərarlara məhəl qoymur. Buna baxmayaraq, Azərbaycan bu məsələni gündəmdə saxlamağa davam edəcək. Əminəm ki, aparılan işlər sonda müsbət həllini tapacaq”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu