Bu xəstəliyi olanlara həkimdən TÖVSİYƏ: “İndiki qeyri-sabit hava əks təsir edir”


“Bu il iyul ayı daha təhlükəlidir, insanlar özlərinə diqqət etməlidir”.

Bu barədə “Sherg.az”a qeyri-sabit hava şəraitinin insanların səhhətinə təsirləri haqqında danışarkən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd  Məmmədov bildirib.

Onun sözlərinə görə, iyun ayında xəstəliyə yoluxan və ya xəstələnən insanların sayı ciddi şəkildə artıb:

“Hidrometroloqlar bildirir ki, illik normativə uyğun olaraq iyul ayı üçün xarakterik hava tempi müşahidə edilmir.


Bu da bəzi insanlara nisbətən mənfi təsir göstərir. İstər klinikada, intərsə də adi həyatda müşahidə edirəm ki, daha çox ürək-damar, təzyiq, allergiya xəstəliyindən əziyyət çəkən insanlara bu cür qeyri-sabit hava əks təsir edir.

 Sadaladığım xəstəliklərdən əziyyət çəkən insanlar gündəlik həyatlarında daha çox ehtiyatlı olmalıdırlar. 

Əsasən birbaşa hava ilə təmasda olmamalıdırlar. Daha çox sabit havası olan yerlərdə özlərini qoruya bilərlər. 
Eyni zamanda bu cür hava şəraitinin insanların dənizə getməsi, istirahət etməsi belə təhlükəlidir. 

Hazırkı vəziyyətdə dənizdəki dalğalar insanın hər an həyatına son qoya bilər. Hər kəs ehtiyatlı olmalıdır”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu