Şəkidəki bədbəxt hadisə zamanı xəsarət alanlardan biri dünyasını dəyişib


Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Bu barədə APA -ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, yaralılardanXatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasındavəfat edib.

Digər yaralıların müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu