Gürcüstanda daha 4 etirazçı saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20 və 21-də baş vermiş hadisələrlə bağlı daha dörd etirazçı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Saxlanılan şəxslər kütləvi zorakılıqda iştirak və polis əməkdaşlarına hücum edərək parlament binasına soxulmağa cəhddə təqsirli bilinirlər.

Qeyd edək ki, iyulun 4-də kütləvi zorakılıqda iştirakda təqsirli bilinən dörd etirazçı saxlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu