Azərbaycan qazın ixracını 83 faiz artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 5,66 mlrd. kubmetrdən artıq qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 83% çoxdur.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 1,05 mlrd. ABŞ dollarına yaxın olub. Bu, 2018-ci ilin ilk yarısı ilə müqayisədə 84% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında qazın payı 10,5% təşkil edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu