Nazirlikdən Şəkidəki hadisə ilə bağlı SON XƏBƏR


Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Bu barədə "Sherg.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şəki MRX-da müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabildir. Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır.
Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan biri dünən vəfat edib. Hadisədən zərər çəkmiş 13 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu