“Bələdiyyə seçkilərindəki uğurumuz bizi iqtidara daşıyacaq” - Kılıçdaroğlu

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İstanbul bələdiyyəsinin sədri, Əkrəm İmamoğlu, qəsəbə bələdiyyə başqanları və məclis üzvləri ilə geniş toplantı keçirib

CHP sədri seçkidən sonrakı proseslərlə bağlı diqqət çəkən açıqlamalar verib:
“Elə bir nəticə əldə etdik ki, dünyanın bütün demokratları bizi təqdir etdi. Artıq siyasət yarışı bitib, bundan sonra xalq xidmət etməkdə yarışacağıq. Əsl vəzifə bundan sonra başlayır. Bələdiyyə seçkilərindəki uğurumuz bizi iqtidara daşıyacaq. Əvvəl-axır hakimiyyətə gələcəyik”. 
Partiya başqanı bələdiyyə sədrlərindən yeni dönəmdə daha çox çalışmalarını, xüsusən CHP-dən kənar kəsimlərə yönəlik proqram hazırlamalarını tapşırıb: “Toplumun bütün təbəqələrini qucaqlamalıyıq. Bir məsələni sizinlə paylaşım. Təsəvvüf alimi Səid Nursinin kitablarının satışı və yayılması qadağan edilən zaman biz Konstitusiya Məhkəməsinə baş vurduq.
Nəticədə kitabların topladılmasını durdurduq, amma bunu heç yerdə dilə gətirmədik. Çünki məqsədimiz demokratiyaya sahib çıxmaqdır. Sadəcə özümüz üçün deyil, hamı üçün demokratiya istəyirik”. 
“Son 10 ildə ən böyük dəyişikliyi həyata keçirən partiya məhz CHP-dir”
Kılıçdaroğlu CHP-nin əvvəlki dönəmlərdə apardığı siyasəti tənqid edib və uğursuz adlandırıb: “Çox vaxtı Ankarada rahat kreslomuzda əyləşib, camaatdan səs istəyirik. “Qarşı məhəllə” dediyimiz insanları əfsuslar olsun ki, görməzdən gəlmişik. Ancaq son 10 ildə ən böyük dəyişikliyi həyata keçirən partiya məhz CHP-dir. Öz aramızda mübarizə etməyin, bir-birimizi qırmağın mənası yoxdur. Artıq siyasətimiz dəyişib, kibrdən və israfdan uzaq duracayıq”. 
“İttifaqı zədələmək olmaz” 
Kılıçdaroğlu bələdiyyə başqanlarına “Millət İttifaqı”nın qorunub saxlanmasının zəruri olduğunu bildirib: “Hamını ittifaqı zədələyəcək söz söyləməkdən, hərəkət etməkdən uzaq durmağa çalışıram. Hədəfimiz Türkiyədə iqtidar olmaq, 50 faizin üzərində səs toplamaqdır. Bələdiyyə seçkilərində istifadə olunan “yumşaq dili” davam etdirmək lazımdır. Ən əsası isə AKP-yə səs verən seçiciləri təhqir etməyin. Partiyaya səs verən insanın suçu yoxdur, siz iqtidarı tənqid edin”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu