2019-cu ilin ikinci rübündə 7 milyon nəfər quraqlıqdan əziyyət çəkib



2019-cu ilin ikinci rübündə Yunnan əyalətində (Cənub-Qərbi Çin) 7,4 milyondan çox insan təbii fəlakətlərdən, xüsusən quraqlıqdan əziyyət çəkib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Yunnan əyalətinin fövqəladə hallar idarəsinin məlumatında bildirilir.

Cari ilin ikinci rübündə təbii fəlakət nəticəsində 9 nəfər həlak olub. Bu il güclü quraqlıqlar nəticəsində təxminən 7 milyon insana və 1,35 min hektar kənd təsərrüfatı bitkilərinin əkin sahələrinə ziyan dəyib.

Yunnan əyalətinin fövqəladə vəziyyət və quraqlıqla mübarizəyə yardım idarəsinin əməkdaşı Syao Liminin sözlərinə görə, regionda ikinci rübdə müşahidə edilən tez-tez baş verən quraqlıqlar, daşqınlar və geoloji təhlükələr birbaşa daha yüksək iqtisadi ziyana və son beş ilin analoji dövrü ilə müqayisədə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb.

2019-cu il iyun ayına olan vəziyyətə görə Yunnan əyaləti quraqlıqla mübarizə fonduna 970 milyon yuan (141 milyon ABŞ dolları) vəsait ayırıb, 1,52 milyon nəfər isə bu təbii fəlakətə qarşı mübarizəyə səfərbər edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu