Qadın həyat mübarizəsini itirdi... Amma 5 adama ümid oldu



Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan qəsəbəsində həyat yoldaşı Gökhan Kuzdanın (27) tapançasından açılan atəşlə başından ağır yaralanan Müberra Kuzdan (24), müalicə aldığı xəstəxanada beyin ölümü keçirib. Ailəsi tərəfindən bağışlanan Kuzdanın orqanları, 5 nəfərə ümid oldu.




Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə 8 İyul, bazar ertəsi günü gecə saatlarında Söyüdlü məhəlləsində baş verib. Qaziantəpdə çavuş kimi vəzifə yerinə yetirən Gökhan Kuzdan, həyat yoldaşı Müberra Kuzdan ilə qohumlarının toyuna qatılıb. Toydan sonra Kuzdan cütlüyü 27 FB 278 nömrəli avtomobillərinə minib. Bir müddət sonra avtomobildən silah səsi gəlib. Ətrafdakı sakinlər avtomobilin yanına qaçdıqları zaman Müberra Kuzdanın başından vurulduğunu görüblər. Gökhan Kuzdan avtomobillə həyat yoldaşını xəstəxanaya çatdırıb. Ağır yaralanan Müberra Kuzdan xəstəxanada müalicəsinə davam edərkən , jandarmadakı ifadəsində "qaza oldu" deyən Gökhan Kuzdan həbs olunub.

Beynindən ağır yaralanan Müberra Kuzdanın atası Mövlut Gursansalı, qızının orqanlarını bağışladıqlarını ifadə edərək, "Mənim uşağımın orqanları özünə həyat vermədi. Başqa canlara həyat versin" deyib.

Bir həftədir reanimasiyada müalicə alan 3 uşaq anası Müberra Kuzdanın dünən beyin ölümü reallaşıb. Ailənin əvvəldən orqanlarını bağışlama qərarı alması səbəbiylə xəstəxanaya gələn xüsusi qrup, əməliyyatla Müberranın orqanlarını götürüb. Kuzdanın gözləri Qaziantəp Universiteti Şahinbey Araşdırma və Tətbiq xəstəxanasına, qaraciyəri Malatya İnönü Universiteti Turqut Özal Tibb Mərkəzinə, böyrəyi İstanbul Göztepe Medicalpark xəstəxanasına, digər böyrəyi isə Aralıq dənizi Universiteti xəstəxanasına göndərilib.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu