“Beynəlxalq hesabatlar da Ermənistandakı bərbad sosial durumu təsdiqləyir”

Ermənistanda ağır sosial-iqtisadi vəziyyətdən dolayı etiraz edənlərin sayı artmaqda, narazı bölgələrin miqyası genişlənməkdədir. Ötən gün Ermənistanın Ararat vilayətinin sakinləri də İrəvanda hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar ölkənin baş naziri Nikol Paşinyan və ya onun köməkçilərindən biri ilə görüş tələb ediblər. Aksiyaçılar kənd təsərrüfatı sahəsində mövcud olan və verilən vədlərə rəğmən 1 il müddətindən həllini tapmayan problemlərə görə hökumətə çağırış ediblər: “Bizdə hökumət olsaydı, bura bu qədər adam toplaşardımı? Bu, hökumət deyil, polis bölməsidir”. Aksiya iştirakçıları inqilab yolu hakimiyyətə gələn Paşinyandan rayon və kəndləri gəzərək problemləri yerində görməyi tələb ediblər. 

Düşmən ölkədəki vəziyyəti “Şərq”ə şərh edən politoloq Zeynal Əmralıyev Paşinyan Ermənistanı bürümüş problemlərin həllində aciz qalacaq
“Çünki nə Paşinyan, nə də onun komandasında yer alanların əksəriyyətinin təcrübəsi yoxdur. Konkret proqramı olmayan siyasi komanda hansısa uğura imza ata bilməz. Məsələ təkcə populist çıxış etməkdə deyil. Paşinyan müxalif jurnalistikanı yaxşı bacarırdı. Ancaq siyasətçi kimi çox zəifdir. Onun özündən Saakaşvili düzəltmək cəhdi boş və absurddur. Paşinyan Kremli qarşısına alacaq güc sahibi deyil. Çunki rəhbərlik etdiyi ölkə Rusiyanın forpostudur. Məhz onun hakimiyyəti dövründə də Ermənistan kasıblıq girdabında batır”. 
Analitikin sözlərinə görə, beynəlxalq hesabatlar da Ermənistandakı bərbad sosial durumu təsdiq edir
“Erməni baş nazir regionları demək olar ki, ziyarət etmir. Paşinyan kabinet həyatı sürür. O, hakimiyyətdə çox qala bilməyəcək. Elə inqilabla da gedəcək. Baş verən bu etirazlar daha böyük etirazların nişanəsidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu