“...Sanksiyalar işə düşsə, Ərdoğana qarşı etiraz dalğası başlayacaq” 

“Rusiyadan Türkiyəyə “S-400”  və “Triumf” ZRK gətirildi. Bununla iki ölkə strateji hərbi əməkdaşlıq müstəvisində yeni mərhələyə keçdi”

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, bu, həm də Türkiyə ilə NATO arasında soyuq münasibətlərin başlanmasının başlanğıcı oldu
““S-400”-lərin 15 iyul hərbi çevrilişə cəhd ərəfəsində və günündə Türkiyəyə daşınması Qərbə mesajdı. NATO -nun Rusiyaya qarşı kəskinləşən siyasi-hərbi doktrinası fonunda Ankaranın Moskva ilə hərbi-texniki əməkdaşlığı Alyansda çatların baş verməsinə və Moskvanın bu təşkilat üzərində psixoloji və siyasi qələbəsinə gətirəcək.
Türkiyə rəhbərliyi bu silahları almaqla iyul çevrilişində ona dəstək olan Moskvaya minnətdarlıq və Qərbə qarşı dirənişini nümayiş etdirdi. Bununla demək olar ki, Ankara artıq Qərbin bir nömrəli hədəfi halına gəldi”.
Analitikin fikrincə, ümumiyyətlə Türkiyənin bu raket sisteminə ehtiyacı yoxdur
“Türkiyə Qərblə normal əməkdaşlıq davam etsəydi, kimdən müdafiə olunacaqdı? Hazırda Suriyadan və İraqdan Türkiyəyə havadan heç bir təhlükə yoxdur. Yunanıstan və NATO da hərbi müttəfiqdir. Görünür, Ərdoğan Rusiyadan silah idxal edərək NATO və ABŞ-dan müdafiə olunmağı planlayır. Təbii ki, AKP-nin bu siyasəti öz şəxsi hakimiyyətləri üçün ölkənin milli təhlükəsizliyini riskə atmaq deməkdir”. 
Siyasi şərhçinin sözlərinə görə, Ərdoğan bütün ənənəvi müttəfiqləri ilə düşmənçilik mövqeyindədir
“Qərblə çox ciddi şəkildə konfontrasiyaya gedərək daxili auditoriyanı ələ almaq üçün istifadə edir. Əzəli rəqibi olan Rusiya ilə yaxınlaşmaq kursu götürdü. Bu geosiyasi nizamda uduşlu tərəf Kremldir. NATO-dan Türkiyəni ayırmaqla öz geosiyasi məqsədlərini uğurla həyata keçirir.
Türkiyədə 2003-cü ildən hakimiyyətə gələn islamçı qüvvələr anti-Qərb siyasəti aparmaqla Türkiyəni Qərbin hədəfinə gətirib. Uzaq vədəli Türkiyə-Rusiya müttəfiqliyi mümkün deyil.
Əgər Amerika və Avropa Türkiyəyə qarşı iqtisadi sanksiyaları işə salarsa Ərdoğana qarşı etirazlar dalğası başlayacaq

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu