AZAL-ın təyyarəsi havada quşla toqquşdu

Bu gün səhər saatlarında Naxçıvan-Bakı reysini həyata keçirən Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus “Airbus A320” markalı sərnişin təyyarəsi havada quşla toqquşub.

Bu barədə AZAL-dan bildirilib.

Məlumatda deyilir ki, hadisə təyyarənin texniki vəziyyətinə təsir etmədiyi üçün pilot uçuşu davam etdirməyə qərar verib və aviareys ştat rejimində həyata keçirilib.

Təyyarə Bakıda uğurlu eniş edib, sərnişinlər arasında xəsarət alan olmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu