Türkiyəyə tətbiq ediləcək sanksiyanın Azərbaycana təsiri olacaqmı? – İZAH 

ABŞ Prezidenti Administrasiyası Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb. Hazırlanan üç müxtəlif sanksiya paketi arasında ən məqsədəuyğunu seçilib və gələn həftənin sonunda Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək. 
Maraqlıdır, ABŞ-ın Türkiyəyə tətbiq edəcəyi sanksiyanın Azərbaycana hər hansısa iqtisadi təsiri olacaqmı?

Sualımızı cavablandıran iqtisadçı -ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, bu sanksiyaların Azərbaycana birbaşa təsirinin olacağını düşünmür:



“Çünki, ABŞ-la yanaşı Avropa da Türkiyəyə qarşı sanksiya paketini açıqlamağa çalışır. Lakin bu sanksiyalar Türkiyənin işlədiyi SOKAR kimi iri şirkətlərə aid edilməyəcək. Bu baxımdan da ölkəmizə birbaşa təsir olmayacaq. Amma dolayı təsirlər qaçılmazdır. Yəni, güman edildiyi kimi Türk lirəsi yenidən kəskin ucuzlaşacaq.
Bu da Türkiyədən Azərbaycana gələn məhsulların həcminin artmasına səbəb olacaq. İxracın artmasıda Azərbaycandan Türkiyəyə valyuta axınını sürətləndirəcək. Çünki, lirə dəyər itirdikcə azərbaycanlıların Türkiyədə daşınmaz əmlak almağa marağı artacaq.

Eyni zamanda bu, ixracın həcmini genişləndirəcək. Bütün bunlar ölkədən valyuta çıxışını sürətləndirən amildir. Həmçinin Türkiyədə pul vahidinin dəyər itirməsi Azərbaycandan ora gedən turistlərin də sayını artıracaq.

Yaxın vaxtlarda Türkiyəyə tətbiq olunacaq sanksiyaların Azərbaycana bu kimi dolayı təsirlərdən başqa heç bir zərəri olmayacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu