Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək 

Bu gün Tehranda Azərbaycan, Rusiya, İran və Türkiyə rabitə qurumlarının rəhbərləri arasında görüş keçiriləcək.

"Sherg.az"ın məlumatına görə, görüşdə ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

İranın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Həmid Fəttahi sosial şəbəkədə öz səhifəsində qeyd edib ki, bu gün keçirilən dördtərəfli görüş telekommunikasiya sahəsində iqtisadi əlaqələri genişləndirməyə imkan verəcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu