İraqda türk diplomatlara silahlı hücum: Baş Konsulluq işçisi öldürüldü - FOTO

İraqın Ərbil şəhərində restorana edilən silahlı basqında Türkiyənin Ərbil Baş Konsulluğunun bir diplomatı şəhid olub. Sherg.az qardaş ölkə mediasına istinadən bildirir ki, silahlı hücumda bir İraq vətəndaşı da öldürülüb

Ərbil polis idarəsindən verilən yazılı açıqlamada bildirilir: “Ərbildəki bir restoranda gerçəkləşən silahlı basqında bir Türkiyə diplomatı və bir İraq vətəndaşı öldürülüb, bir nəfər yaralanıb”. Açıqlamada o da bildirilib ki, İraq kürd bölgəsində fəaliyyət göstərən diplomatların təhlükəsizliyi qorunacaq, regionda qarışıqlıq yaradılmasına izin verilməyəcək. Yerli mətbuata danışan hücumun baş verdiyi restoranın sahibi deyib ki, mülki geyimli və, üzərində iki silahı olan bir nəfər birbaşa Konsulluq işçilərini hədəf alaraq atəş açıb.Şəhid edilən türk diplomatın nəşi ekspertiza üçün ambulansla xəstəxanaya aparılıb. 
Hadisə yerindən qaçan silahlının yaxalanması üçün Ərbilin çıxış yolları bağlanılıb. “Huqqabaz” adlı restoran, hava limanı yolu ilə “Dream City” və Empair səmtləri arasında yerləşir. Empair bölgəsi Ərbildə ən ən güclü mühafizə olunan nöqtələrdən biridir. Hadisə ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi də açıqlama yayıb. Açıqlamada deyilir: “17 iyul 2019-cu ildə günortadan sonra Türkiyənin Ərbildəki Baş Konsulluğunun bir vəzifəlisi konsulluq binası xaricində mənfur silahlı hücum nəticəsində şəhid olub. Silahlı basqın cinayətinin üstünün sürətlə açılması üçün İraq qurumları və yerli vəzifəlilərlə birgə araşdırmalar aparılır. Şəhidlərimizə Allahdan rəhmət, acılı ailəsinə və bütün türk millətinə səbr diləyirik”. 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu