BDU-da "Gender bərabərliyi və media azadlığı" fənninin tədrisi planlaşdırılır
14:43 17.07.2019
Elm və Təhsil
1292
Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri səfir Zoltan Hernyes Bakı Dövlət Universitetində olub. Rektor Elçin Babayev universitetin yeni inkişaf strategiyası, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələri və yaxın gələcək üçün planları barədə danışıb.
BDU-nun mətbuat xidmətindən sherg.az-a verilən məlumata görə, səfir Zoltan Hernyes Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi, bu istiqamətdə görülən işlər və jurnalistika ilə bağlı çap edilən vəsaitlər barədə məlumat verib.
Səfir layihə çərçivəsində hazırlanmış "Gender bərabərliyi və media azadlığı" kursu üzrə kurrikulumu rektora təqdim edib, proqramın hazırlanmasında Jurnalistika və Hüquq fakültələrinin müəllimlərinin iştirakına yaratdığı şəraitə görə minnətdarlığını bildirib. Bu kurs üzrə proqramın Avropa Şurası ölkələrində ilk dəfə olaraq həyata keçirildiyini vurğulayan səfir gələcəkdə bu təcrübədən digər ölkələrdə də istifadə olunacağını qeyd edib.
Rektor Elçin Babayev gender bərabərliyinin təşviqində medianın rolunun əvəzsiz olduğunu bildirib və bu istiqamətdə yeni düşüncə tərzinə malik jurnalistlərin yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə "Gender bərabərliyi və media azadlığı" fənninin Junralistika fakültəsinin tədris planına salınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Avropa Şurasının "Gender bərabərliyi və media azadlığı" layhəsinin rəhbəri Pərvanə Bayramova və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev də iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya