“Müstəqil mətbuat hər bir dövlət üçün gerb, bayraq və sərhəd qədər önəmlidir”

Akif Aşırlı: “Sevindiricidir ki, ölkəmizdə də müstəqil mətbuatın örnəkləri var”

Qarşıdan Azərbaycan milli mətbuatının 144-cü ildönümü gəlir.
Mətbuatımız mövcud durumu media mütəxəssislərini qane edirmi? Müasir mediamızın əsas problemləri nə ilə bağlıdır?
Moderator.az-a açıqlama verən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı milli mətbuatımızın inkişaf yolunun kifayət qədər keşməkeşli olduğuna diqqət çəkdi:
“Hər dövlətin gerbi, himni, sərhəddi olduğu kimi, ən vacib amillərdən biri də onun müstəqil mətbuatının olmasıdır. Hər bir ölkənin reytinqi, demokratik durumu və xalqın inkişaf səviyyəsi həm də onun  müstəqil mətbuatının gücü ilə müəyyənləşir. Hesab edirəm ki, ölkəmzidə də müstəqil mətbuatın örnəkləri var.
Onu da qeyd edim ki, Azərbaycan mediasının çox şərəfli tarixi var. 144 illik bu tarixdə mediamız həm özünün müstəqillik dönəmini yaşayıb, həm də avtoritar idarəçilik sistemində özünü qoruyub saxlayıb. Birpartiyalı sistemdə jurnalistikanın dəyər və ənənələrini qorumağa çalışıb.
Bu gün ölkəmizin müstəqil mətbuatı var və bir neçə ildir ki, klassik mətbuat ənənələri üzərində yeni media yaranıb. Elektron media sürətlə inkişaf edir. Saytlar, ayrl-ayrı informasiya portalları formalaşır. Internet televiziyaları sürətlə çoxalır.
Çap medisının hazırkı durumuna gəlincə, bunu o qədər də yüksək dəyərləndirmirəm. Reklam bazarının kasadlığı, yayım məsələsindəki problemlər çap mediasının inkişafı üçün münasib şərait yaratmır. Ancaq bütün bunlarla yanaşı, dövlət çap mediasının ayqda qalması üçün öz dəstəyini göstərir və KİVDF tərəfindən onlara maliyyə yardılmları ayrılır. Dövlətimizin mətbuata dəstəyi təqdirediləsidir.
Hesab edirəm ki, gələcəkdə mediamızın inkişafı üçün daha əlverişli mühüit yaranacaq, reklam bazarı formalaşacaq. Reklam gəlirləri hesabına mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.
 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu