Aprel şəhidi Mühüd Orucova həsr olunan kitabın təqdimatı keçirilib – Foto


Bu gün tanınmış şair, publisist  Fəridə Ləmanın “Zabitlər Evi”ndə aprel döyüşlərində böyük rəşadətlər göstərərək şəhidlik zirvəsinə ucalmış  Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat tabor komandiri, kapitan Mühüd Orucova həsr olunan kitabının təqdimat mərasimi keçirilib.
Kitab M.Orucovun ömür və keçdiyi döyüş yoluna həsr olunub. 

“Sherg.az” xəbər verir ki, bu kitab “Qazax” Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə işıq üzü görən bir poemadır. Kitabın təqdimatında ziyalılar, şairlər, Azərbaycan ordusunun zabitləri, şəhidin döyüş yoldaşları iştirak ediblər. Iclasda Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, “Şərq”qəzetinin baş rekatoru Akif Aşırlı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və başqaları çıxış ediblər.

Bundan başqa M.Orucovun döyüş yoldaşları da onunla bağlı xatirələrini bölüşüblər. Müəllif  F.Ləman da çıxış edərək, mərasim iştirakçılarına minnətdarlığını bildirib. Şəhidin əmisi kitabın yazılması və çapına görə, təşəkkürünü ifadə edib. Sonda tədbir əsgəri nəğmələrlə başa çatıb. 
Məlumat üçün bildirək ki, Mühüd Qurban oğlu Orucov 1984-cü ilin 13 iyulunda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Mühüd Orucov Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. Ailəli idi,  2-ci sinifə keçən Anar və Vüqar adlı əkiz övladları var.  

O,  2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 12-si isə doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salınıb.
Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş-leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunub.




Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu