İlk dəfə: Bill Qeyts milyarderlər siyahısında üçüncü oldu


“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts milyarderlər indeksinin yeddillik tarixində ilk dəfə üçüncü pilləyə enib. Bu barədə “Bloomberg” agentliyinin “Bloomberg Billionaires Index” (BBI) indeksində deyilir.
Lent.az “ictnews”a istinadənxəbər verir ki, çərşənbə axşamı fransalı biznesmen, “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno B.Qeytsi geridə qoyaraq siyahıda ikinci yerə yüksəlib. “LVMH” zinət əşyalar istehsalçısı Parisdə rekord səviyyəyə nail olub və xalis gəlirini 107,6 milyard dollaradək artırmaqla B.Qeytsi 200 milyondan çox üstələyib.
Ötən ay sərvəti ilk dəfə 100 milyard dolları ötən B.Arno reytinqin liderlər üçlüyünə daxil olmaqla B.Qeytsə və dünyanın ən varlı insanı – “Amazon” şirkətinin yaradıcısı Ceff Bezosa qoşulub. Liderlər üçlüyünün kollektiv var-dövləti “Walmart”, “Exxon Mobil” və “Walt Disney” daxil olmaqla S&P 500 indeksində hər şirkətin fərdi bazar dəyərini üstələyir.
Həmçinin qeyd olunur ki, B.Qeyts xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmasaydı, dünyanın ən varlı insanı kimi qalardı. Belə ki, o, Bill və Melinda Qeyts Fonduna 35 milyard dollardan çox ianə ayırıb.
Bu il C.Bezosun aktivlərinin xalis satış dəyəri Makkenzi Bezosla boşanmaqla bağlı razılığa gəlməsinə baxmayaraq 125 milyard dollaradək artıb. Boşanma sayəsində M.Bezos dünyanın ən varlı qadınları siyahısında dördüncü mövqedə yer alıb.
Qeyd edək ki, indeks milyarderlərin paya malik olduqları şirkətlərin səhmlərinin dəyəri və maliyyə hesabatları əsasında hesablanır. Bir sıra şirkətlərlə bağlı hesablama şirkətin kapitallaşma dəyərinin “EBITDA” (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) və ya səhm dəyərinin səhm üçün gəlir nisbəti üzrə aparılır. “BBI” reytinqinə ümumilikdə dünyanın 500 ən varlı adamı daxildir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu