Azərbaycanda idxal edilən ətin miqdarında artım olub


Yanvar-iyun aylarında ölkəyə 24 min 64 ton ət idxal edilib. Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə idxal edilən ətin dəyəri 35 milyon 394 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin 6 ayında ölkəyə 32 milyon 366 min dollarlıq 21 min 969 ton ət idxal edilmişdi.




Paylaş

Bizi Facebookda izləyin
menu
menu