Türkiyə HHQ İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib



Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində 7 PKK terrorçusu zərərsizləşdirilib.

Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu