Stoltenberq: NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib



NATO Baş katibi Yens Stoltenberq bildirib ki, üzv ölkələrdən heç biri S-400 zenit-raket komlekslərinin alınması ilə bağlı Türkiyənin alyansdan çıxarılması məsələsini qaldırmayıb.

Trend-in məlumatına görə, Baş katib əlavə edib ki, Türkiyə alyansın vacib üzvüdür.

O qeyd edib: "Alyansa üzv ölkələrdən heç biri Türkiyə ilə bağlı belə bir fikir heç vaxt qaldırmayıb, çünki biz hamımız başa düşürük ki, bir-birimizdən asılıyıq".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu