Antalyada azərbaycanlılar qəzaya düşdülər


Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda idarəetməni itirən sürücü mikroavtobusu portağal bağçasına aşırıb.Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə iyulun 17-si axşam saatlarında baş verib və qəzaya uğrayan mikroavtobusda azərbaycanlı turistlər olub.Sürücü Hüseyn Demirelin idarə etdiyi 07 HFY 108 dövlət qeydiyyat nişanlı mikroavtobus Titrəyəngöl prospektindən Herdford prospektinə dönərkən yol kənarında olan portağal bağçasına aşıb və nəticədə 5 azərbaycanlı yaralanıb.Təxminən 2 metr yüksəklikdən aşan avtobusda olan Azərbaycan vətəndaşları - Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədova, Ceyran Məmmədova və Əsma Məmmədova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri yaxşıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu