Bu günlərdə Bakıda taksilərin sayı ARTIRILACAQ


İyulun 21-27-dəBakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində ölkəmizə gələcək turistlərin daşınması üçün təşkilat komitəsi ilə bağlanan müqavilə əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında ”Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 120 avtonəqliyyat vasitəsi və 276 sürücü ayrılıb.
Lent.az məlumat verir ki, bu barədə"Bakı Taksi Xidməti"nin direktoru Fuad Əliyev televiziya verilişlərinin birində məlumat verib. O qeyd edib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı önünə dislokasiya edilən “London TX-4” taksilərinin sayı artırılaraq yarışı izləmək üçün ölkəmizə gələcək turistlərin otellərə daşınması üçün tam hazır vəziyyətə gətirilib:
“Bakı Taksi Xidməti” tərəfindən Əməliyyat Komitəsinin heyətinə dəstək üçün 40 dispetçer ayrılıb. Qeyd edək ki, ölkəmizin ev sahibliyi edəcəyi bu mötəbər yarışda iştirak edəcək 240 nəfər xüsusi heyətə məhz "Bakı Taksi Xidməti"nin London TX-4 taksiləri ilə xidmət göstəriləcək".

Paylaş

Bizi Facebookda izləyin
Tahirə Məmmədqızı Yazarın yazıları
menu
menu