“Rusiya Ermənistanın Qərblə yaxınlaşmasına imkan verməyəcək...”

“Nikol Paşinyan çıxılmaz durumdadır. O, Qərbdən kredit dilənir və istəyinə nail ola bilmir”

Bunu “Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. 
Ekspert bildirib ki, Vaşinqton İrəvanı küncə sıxıb
“Bəzi araşdırmaçılar hesab edirlər ki, erməni müdafiə nazirinin ABŞ-a səfəri zamanı Ermənistanın öz ərazisindən qonşusu İrana qarşı əməliyyatlarda istifadə olunmasına razılıq vermə ehtimalı müzakirə olunub. 
Lakin nəzərə alsaq ki, Qafqaz regionunda, o cümlədən Ermənistan ərazisində Rusiyanın hərbi qüvvələri var, bu halda Amerika ordusu necə burada yerləşdirilə bilər?! Bu variant o qədər də inandırıcı deyil. 
Onu da qeyd edim ki, çevriliş Ermənistana nə sabitlik gətirdi, nə də iqtisadi problemlərini həll etdi.
Çünki, Ermənistanın işğalçı siyasəti onu əhəmiyyətli regionlar layihələrdən kənarda saxlayıb.
 Ölkə iqtisadiyyatının güclənməsi üçün Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələr qurmalıdır. 
Bu Qarabağ problemini həll etmədən, qondarma “soyqırım” iddialarından əl çəkmədən mümkün deyil”. 
Analitikin sözlərinə görə, Paşinyan baş nazir kimi ilk açıqlamasında Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcəyini, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları təkrar bərpa edəcəyini açıqlamışdı
“Bununla hamının “könlünü almağa” çalışdı və özü üçün siyasi mənada manevr imkanı qazandı. Bu bir tərəfdən də Ermənistanın yürütdüyü siyasətin dəyişməyəcəyini göstərir. 
Paşinyanın Rusiya ilə hərbi sahədə iş birliyini davam etdirmək istəməsinin isə bir səbəbi var. Bu, Dağlıq Qarabağ məsələsində geri addım atmamaq niyyətindən qaynaqlanır. 
Paşinyan əvvəlki ölkə başçılarından daha sərt mövqe sərgiləyəcək. Bu isə Ermənistanın heç bir probleminin həll olunmayacağına işarədir
Rusiya Ermənistanın Qərblə yaxınlaşmasına imkan verməyəcək və bunun üçün əlindəki bütün vasitələrlə ona təzyiq edəcək. Bu baxımdan, erməni nazirlərin Vaşinqtona səfərini önəmli hesab etmirəm”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu