“Əsgərlərimiz bizim ümid yerimiz, qürür mənbəyimizdir” - Deputat

Bu günlərdə yaralı vəziyyətdə olan əsgərə həkimlər tərəfindən tibbi yardım göstərilmədiyini əks etdirən video yayılıb. Sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilən görüntülər hər kəs tərəfindən şiddətlə qınanılıb.

Hadisənin Mərkəzi Hərbi Klinik Hospitalda qeydə alındığı bildirilir. Növbətçi həkim yaralı vəziyyətdə olan əsgərə heç bir köməklik etmir. Hətta kobud şəkildə əsgərin və videonu çəkən şəxsin oradan uzaqlaşmasını tələb edir.
Onu da qeyd edək ki, bu görüntülərin təxribat olduğu iddia olunur.  
Məsələnin ciddiliyini nəzərə alıb, Müdafiə Nazirlinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun sözçüsü Vaqif  Dərgahlı “Sherg.az”a bildirdi ki, məsələ ilə bağlı nazirliyin mediaya ümumi açıqlaması olacaq: “Ayr-ayrı media quruluşlarından müraciətlər edirlər.  Amma nazirlik məsələni araşdıqdan sonra dolğun cavab verəcək”.    
Baş verənlərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Elman Məmmədov bildirib ki, həqiqətən də əsgərimizə qarşı laqeydlik göstərilibsə, həmin şəxslər cəzalanmalıdır:
“Hesab etmirəm ki, əsgərimizə qarşı o cür məsuliyyətsizlik olsun. Çünki Mərkəzi Klinik Hospitalında yüksək səviyyəli və məsuliyyətli həkimlər çalışır. Kollektivdə ola bilər ki, məsuliyyətsiz tibb işçisi olsun.
Amma ümumilikdə həmin hospitalda xidmət yüksək səviyyədədir. Əgər həqiqətən də əsgərimizə qarşı bu cür laqeydlik olubsa, Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi bu hadisəyə çox ciddi yanaşmalıdır. Həmin tibb işçisi də kimliyinə asılı olmayaraq cəzalanmalıdır. 
Çünki əsgərlərimizin hər biri övladlarımızdır. Onlar bizim ümid yerimiz, qürür mənbəyimizdir.
Əsgərlərimiz təhlükəsizliyimizin, müdafiəmizin keçiyində dayanırlar. Yalnız tibbdən yox, istənilən bir sahədə əsgər və hərbiçilərimizə qarşı qayqeydlik göstərilibsə, həmin şəxslər və qurumlar ciddi şəkildə cəzalanmalıdır.
Ali Baş Komandanımızın orudumuza necə diqqət və qayğı göstərdiyi göz qabağındadır. Bunun müqabilində hansısa tibb işçisi hərbiçiyə və əsgərə qarşı məsuliyyətsizlik göstərirsə, hadisə araşdırılmalıdır.
Tam təsdiqini tapdıqda isə lazımi şəxslər cəzalanmalıdır”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu