Rusiya Türkiyəyə Su-35 qırıcıları sata bilər


“Rusiya Türkiyəyə Su-35 qırıcı təyyarələri satmağa hazırdır”.
APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rostex Dövlət Koorparasiyasının rəhbəri Sergey Çemezov deyib.
“Əgər türkiyəli həmkarlarımız arzu etsələr, biz Su-35 qırıcılarının göndərilməsinə hazırıq”,- Rostex rəhbəri vurğulayıb.
Qeyd edək ki, Ağ Evdən bildirilib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının satılmasını mümkünsüz edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu