“Atəşkəsin Qazaxla sərhəddə pozulması planlı xarakter daşıyır”

“Son günlər ermənilərin atəşkəs rejimini tez-tez pozması Ermənistanın yeni planlarından xəbər verir”.

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Alisahib Huseynov deyib.
Partiya sədri bildirib ki, Qazaxla sərhəddə atışmanın baş verməsi və əsgərimizin yaralanması ermənilərin fəallaşmasının nəticəsidir: 
“Düşmənin silahlı qüvvələri bu dəfə atəşkəs rejimini bilavasitə ön cəbhədə, təmas xəttində yox, Qarabağdan tamamilə uzaq məntəqədə, sərhəd xəttində pozub. Bu da təsadüfi deyil, planlı xarakter daşıyır.
Məqsəd isə ilk növbədə psixoloji üstünlüyü ələ almağa hesablanıb. Eyni zamanda Azərbaycanı təxribata çəkərək son nəticədə atəşkəs rejiminin pozulmasının günahını məhz bizim üzərimizə qoymaq cəhdi açıq-aşkar görsənir. 
Ancaq sərhədçilərimizin sayıqlığı düşmənin bu planını boşa çıxarıb. Sərhədçilərimizin cavab atəşi ilə düşmən dərhal susdurulub. Görünən budur ki, Ermənistanın bu təxribatları bundan sonra da davam edəcək. Ona görə də sərhədçilərimizin xidməti döyüş fəaliyyətinin daha da gücləndirilməsi vacibdir. Çünki düşmənimiz olduqca məkrlidir.
Ermənilərdən hər cürə pislik gözləmək mümkündür”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu