“...Ərdoğan Türkiyənin NATO üzüvlüyünə xitam verə bilər”

“İraqın Ərbil şəhərində türk diplomatlarına qarşı silahlı hücum son günlər Ankaranın apardığı siyasətə qarşı bir addımdır”

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, Ankaranın Moskvadan “S-400 ZRK” idxal etməsi, Şərqi Aralıq dənizi şelfində neft-qaz axtarışına çıxması, PKK-ya qarşı uğurlu hərbi əməliyyatlar müəyyən dövlətləri narahat edir: 

“Ərbildə diplomatların öldürülməsini PKK terror təşkilatı icra etsə də, terrorçuları təlimatlandıran müəyyən qüvvələr var. PKK terror təşkilatının diplomatlara qarşı terror hücumu bir o qədər geniş yayılmayıb. Görünür, Ankaraya qarşı artıq bu kartdan da istifadə əmri verilib.

Türkiyənin xarici ölkələrdə diplomatlarının təhlükəsizliyi sual altındadır. Bu kimi hücumların baş verməsi istisna edilmir. Anakaraya qarşı çox ciddi şəkildə siyasi sui-qəsdlər hazırlanır. Ərbil hücumu məhz bunun başlanğıcıdır”.

Analitik xatırladıb ki, Amerika Türkiyəni F-35 proqramından çıxaracağını bəyan edib

“Avropa Birliyi Yunan Kiprinə görə Türkiyəyə sanksiyalar tətbiq etməyə başlayıb. 
Qərb bununla Türkiyəni Rusiya-Çin oxuna yaxınlaşdırır. Proseslər bu istiqamətdə davam edərsə, prezident Ərdoğan ölkəsinin NATO üzüvlüyünə xitam verə bilər. AKP-nin də istədiyi budur”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu