“Ermənilər buna etiraz etməklə Azərbaycanla yanaşı Fransaya da qarşı çıxırlar” 

Fransa-Azərbaycan əməkdaşlığının inkişafı Fransadakı erməni lobbisini ciddi əndişəyə salıb. İyulunun 10- da ermənilərdə ibarət bir qrup şəxs Avropa Nazirliyi və Fransa Xarici İşlər Nazirliyinin qarşısına toplaşıb. 

Onlar Fransanın bir neçə şəhərinin qondarma Dağlıq Qarabağ respublikası ilə Dosluq Xartiyasını ləğv etməsinə etiraz ediblər. Fransanı Azərbaycana silah satmamağa çağırıblar və bunun Ermənistan- Fransa əlaqələrinin ruhuna zidd olduğunu dilə gətiriblər. Bundan başqa onlar Fransa məhkəməsinin ləğv etdiyi Dostluq Xartiyasının yenidən bərpasını istəyiblər. 

Baş verənlərlə bağlı “Sherg.az”a danışan Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov təəssüf hissi ilə bildirib ki, erməni lobbisinin fəaliyyəti Azərbaycanın müstəqilliyinə qarşı yönəldilib deyə Qərbdə olan ölkələr bunu öz maraqları çərçivəsində dərk edə bilmirdilər:
“Lakin getdikcə erməni lobbisi və havadarlarının Azərbaycana qarşı gördüyü işlər məskunlaşdıqları ölkələrin milli maraqlarına zidd çıxmaları demək idi. Ona görə də bu gün Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edərək hər iki ölkəyə, Avropa və dünyaya beynəlxalq qanun çərçivəsində xeyir gətirir.
Azərbaycanın gücü ondan ibarətdir ki, o öz layihələrini  beynəlxalq qanun çərçivəsində təşkil edir. Ermənilər bu əlaqələrə qarşı çıxaraq beynəlxalq qanuna zidd hərəkət edirlər. Onlar beynəlxalq qanuna qarşı çıxaraq Fransanın mövqeyini zəiflədirlər. Ona görə də Fransa öz maraqları çərçivəsində qondarma Dağlıq Qarabağ Respublikası ilə bağladığı müqavilələri və əlaqələri ləğv etdi.
Ölkəmizin apardığı siyasət, Azərbaycan iqtidarının təqdim etdiyi faktlar beynəlxalq qanunlara o dərəcədə xidmət edən bir siyasət kimi qəbul olunub ki, Fransanın içində belə bu məsələlər müsbət həllini tapdı. Təbii ki, ermənilər buna etiraz etməklə faktiki olaraq Azərbaycanla yanaşı Fransaya da qarşı çıxırlar. Ona görə də bu olanlar erməni lobbisinin və havadarlarının zəifliyi kimi qiymətləndirilməlidir.
Bütün bunlar Azərbaycan siyasətinin düzgün və beynəlxalq qanun çərçivəsində həyata keçirilməsinə dəlalət edir. Bu gün ölkəmizin apardığı siyasət Avropanın və dünya ölkələrinin maraqlı olduğunu göstərir. Onlar bizim mövqeyimizi qəbul edərək öz maraqlarını müdafiə edirlər. Ona görə də ermənilərin etirazlarına təəccüblənmək lazım deyil.  Nə qədər etirazlar olsa belə, artıq bu məsələlər düzgün istiqamətlənir.Əminəm ki, bundan sonra da bu sahədə daha böyük məsələlər öz həllini tapacaq”.



Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu