"Ekologiya postu"nun əməkdaşlarının yeni VİDEOsu


Dünən Bakı-Sumqayıt yolunda hərəkətdə olan "Mercedes" markalı avtomobil qəflətən yolda qalıb. Texniki nasazlıq ucbatından hərəkəti davam etdirə bilməyən sürücünün köməyinə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət bölüyünün əməkdaşları gəlib. Avtosfer.az xəbər verir ki, kameralar vasitəsilə yolda tıxac yarandığını görən YPX postunun rəhbərliyi əməkdaşları həmin sürücüyə köməyə göndərib. Polis əməkdaşları hadisə yerinə gələrək avtomobili yoldan çıxarmağa kömək ediblər. Bundan sonra yolda hərəkətin intensivliyi bərpa edilib.

Görüntüləri təqdim edirik.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu