“Gürcüstandakı hadisələr Qərb- Rusiya mübarizəsinin təzahürüdür” – AKTUAL  

“Hazırda Gürcüstanda baş verən hadisələr Qərblə Rusiya arasında gedən mübarizənin təzahürüdür”

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Kənan Paşayev deyib. 
Ekspert bildirib ki, Gürcüstanda yaşayan rusların mitinqi hadisələrin gedişatına müsbət təsir göstərə bilər
“Sergey Lavrov və Bidzina İvanaşvilinin çıxışları da bunu deməyə əsas verir. Gürcüstan üçün Rusiya ilə əlaqələrin inkişafı çox önəmlidir. Gürcüstan iqtisadiyyatının böyük hissəsi birbaşa Rusiya ilə bağlıdır. Moskvanın Tbilisi hökumətinə sanksiyaları gürcü höküməti üçün böyük itkilər deməkdir. Görünən odur ki, həm gürcü, həm də rus rəsmisinin bəyanatlarından sonra iki ölkə arasındakı gərgin münasibət nisbətən normallaşacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu