Uşaqların onkoloji xəstəliklərə tutulması ciddi SOS siqnalıdır – Səbəblər sadalanır... 

2018-ci ildə Azərbaycanda 11 123 nəfərdə bədxassəli şiş aşkar edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, xəstəlik aşkarlananlardan 5 468 nəfəri kişi, 5 655 nəfəri isə qadındır. Məlumatda yaş qrupları üzrə statistik rəqəmlər də açıqlanıb. Təəssüf ki, xərçəng xəstəliyindən əziyyət çəkənlər arasında uşaqlar da var. Ölkəmizdə 100-dən çox uşaqda onkoloji xəstəlik aşkarlanıb. Belə ki, onlardan 103 nəfəri 0-13, 21 nəfəri 14-17, 243 nəfəri 18-29, 254 nəfəri 30-34, 366 nəfəri 35-39, 4 836 nəfəri 40-59, 5 300 nəfəri isə 60 və yuxarı yaş qrupunda olan insanlardır.  Məlumata əsasən, bədxassəli şişlərdən 1 211-i mədə, 1 341-i traxeya, bronx və ağciyər, 1 799-u süd vəzisi, 201-i ağız boşluğu və udlaq, 426-ı qida borusu, 216-ı qırtlaq, 589-u isə düz bağırsaqda, onunla siqmavari bağırsaq birləşməsində, anusda aşkarlanan şişlərdir.
Səhiyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə yenitörəmələrdən ölənlərin sayı 8 718 nəfər olub. Onlardan 4 927 nəfərini kişilər, 3 791 nəfərini isə qadınlar təşkil edib.

Xərçəngin yaranma səbəbləri müxtəlif olsa da, mütəxəssislər onu daha çox qida, ekoloji və irsi faktorlarla izah edir. Xüsusilə, uşaqların onkoloji xəstəliklərə tutulması olduqca ciddi SOS siqnalıdır
Uşaqlarda xərçəng xəstəliyinin yaranma səbəbləri ilə bağlı “Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, azyaşlıların xərçəngdən əziyyət çəkməsində ekoloji faktorların rolu çoxdur
Professor uşaq orqanizminin fərqli olduğunu və keyfiyyətli qidaların qəbul edilməsinin vacibliyini də vurğuladı:
“Ana südündən sonra sağlam qidalanma vacib şərtdir. Qida gərək keyfiyyətli olsun ki, orqanizm lazımlı vitaminləri qəbul etsin. Təəssüf ki, bu gün ekoloji təmiz və texniki standartlara cavab verən qidalar çox azdır. Marketlərə girəndə oradakı vəziyyət insanı dəhşətə gətirir. Süd və ət məhsulları olduqca keyfiyyətsizdir. Əlbəttə, bütün bunlar uşaqların sağlamlığına öz təsirini göstərir.
Uşaqlar əvvəlki kimi yaşayış tərzi sürmürlər. Məsələn, sovet dönəmində uşaqların böyüməsində bir mexanizm var idi. Onlar tətil vaxtı müəyyən gəzintilərə gedirdilər. Uşaqların istirahəti və inkişafı üçün müəyyən tədbirlər nəzərdə tutulurdu. Amma indi belə tədbirlər yoxdur. Uşaqlar demək olar ki, ev şəraitində olurlar. Ölkəmizdə 1 milyondan çox adam var ki, məcburi şəkildə iş yerlərini dəyişiblər. Xeyli sayda insan çörək pulu qazanmaq üçün ölkəni tərk edib. Ailələrin çoxusu təkdir. Kənd yerlərinin əksəriyyətində qadınlar uşaqları tək böyüdür. Bir müddət Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında göstərildi ki, Azərbaycanda uşaqlar arasında anemiya, yəni qan azlığı həddindən artıq çoxdur”.
Soyuqdəymə zamanı uşaqlara müəyyən dərmanlar veririk. Dərmanların özü də aşağı keyfiyyət parametrləri ilə xarakterizə olunur. Ümumiyyətlə, bütün dünyada onkoloji xəstəliklərin sayı çoxalıb.
Ona görə də dünyanın istənilən yerində istər qidaların, istərsə də içilən suların keyfiyyətsiz olması xərçəngin yayılmasına şərait yaradır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu