Xəzərdə 19 yaşlı gənc boğulub


Xəzər dənizində, qeyri-çimərlik ərazidə 1 nəfər çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu