Qaradağda "VAZ" yük avtomobilinə çırpıldı - 1 nəfər öldü



Bakı-Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə ötən axşam saat 19 radələrində qeydə alınıb.

Ələt istiqamətində hərəkətdə olan "VAZ" markalı avtomobil yol kənarında dayanan yük avtomobilinə çırpılıb. Ağır qəza səbəbindən minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan biri elə hadisə yerindəcə dünyasını dəyişib, digəri 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. O hazırda reanimasiya şöbəsində müalicə alır.

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verən yerdə yol kənarında mağaza olduğundan bütün sürücülər orada dayanaraq yolüstü alış-veriş edirlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu