Eldar Mansurovun oğluna vəzifə verildi


“Azergold” QSC-nin Maliyyə şöbəsinə yeni direktor təyin edilib.

Axşam.az Banker.az-a istinadən xəbər verir ki, bu şəxs Mansurov Anar Eldar oğludur. O, vəzifəsinin icrasına 2019-cu ilin iyulunda başlayıb.

A.Mansurov həmçinin, bu ilin yanvarında “AzRe Təkrarsığorta” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü seçilib.

Qeyd edək ki, A.Mansurov tanınmış bəstəkar olan Eldar Mansurovun oğludur. Buna qədər o, uzun müddət bank sahəsində çalışıb. Bura “Azericard” MMC, ABB və “Azerinvestservice” MMC kimi tanınmış qurumlar daxildir.

Eldar Mansurovun daha bir oğlu - Ülvi Mansurov da bank sahəsində çalışır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu