“Uşaq mənimdir, özüm bilərəm” - Faciəvi sonluğa aparan yanaşma  

Günel Səfərova:“ Uşaqlar çox vaxt valideyn diqqətsizliyindən həyatını itirir. Hamıya bəllidir ki, bəzən ananın diqqəti telefonda olur, bu zaman bədbəxt hadisə baş verir



Ötənlərdə 1 yaşlı körpə üçüncü mərtəbədən yıxılıb. Bədbəxt hadisə Nəsimi rayonunda baş verib. 2018-ci il təvəllüdlü Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb

Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, bu hadisə valideyn məsuliyyətsizliyi məsələsini növbəti dəfə gündəmə gətirib. 

Baş verənləri “Sherg.az”a dəyərləndirən“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bu cür hadisələrin valideyn məsuliyyətsizliyindən irəli gəldiyini bildirdi.

İcraçı direktor təəssüflə bildirdi ki, uşaqlar çox vaxt valideyn diqqətsizliyindən həyatını itirir:



“Bizdə belə bir yanaşma var: “Uşaq mənimdir və necə istəyirəm elə də rəftar edərəm, özüm bilərəm”. Maraqlıdır, 1 yaşlı uşağın eyvanda və ananın qucağında nə işi var? Bəzən valideyn istəmədən olsa belə, övladının həyatını təhlükə altında qoyur. Nə qədər ki, qanunvericilikdə bu sahədə müəyyən tənzimlənmə yoxdur, o vaxta kimi belə hadisələr baş verəcək.

Bildiyimə görə, Ailə, Qadın və Uşaq üzrə Dövlət Komitəsi valideyn məsuliyyətinin artırılması ilə bağlı qanun qəbul edilməsi üçün müaricət edib.

Lakin qanunun qəbul edilib-edilməməsindən xəbərim yoxdur. Ümumiyyətlə, ölkəmizdə uşaq müdafiəsi prioritet məsələ olmadığı üçün belə hallar qanunvericilikdə öz əksini gec tapır.

Yaxşı olardı ki, valideyn məsuliyyətsizliyi nəticəsində həyatını itirən uşaqların statistikası hazırlansın. Hər zaman deyirik ki, maarifləndirici tədbirlər görək, sosial çarxlar çəkilsin və ciddi təbliğatlar aparılsın.

Amma hamıya bəllidir ki, bəzən ananın diqqəti telefonda olur, bu zaman bədbəxt hadisə baş verir.

Düşünürəm ki, belə hallarda məsuliyyətisizlik edən valideynlər cəzalandırılsa, bu sahədə müsbət dəyişikliklər ola bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu