İntihar üçün kranın üzərinə çıxan şəxs xilas edildi - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qülləli kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

"Sherg.az"ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

12:43

Bakıda bir nəfər hündürlüyə çıxaraq, intihar edəcəyini bildirib.
"Sherg.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin qülləli kranın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu