Ərəblərin əxlaqsız hərəkətlərinə REAKSİYA:“Gəmidə oturub gəmiçi ilə dava edirlər” – VİDEO

 Son illər ərəblərin ölkəmizə axını kütləvi hal alıb. Onlar ən bahalı otellərdə qalırlar ki, bu da Azərbaycan turizminin inkişafı və gəlirlərin artması deməkdir. 
Amma ölkəmizdə ərəblərlə bağlı neqativ halların ardı-arası kəsilmir. Onların qeyri-etik hərəkətləri, kobud münasibətləri, bir sözlə, öz ölkələrində edə bilmədikləri davranışları paytaxtımızda sərgiləmələri vətəndaşlarımızı ciddi şəkildə narahat edir
Ötənlərdə “Nərimanovda ərəb küçənin ortasında qızı döyən zaman polislərimiz yetişdi” sərlövhəli video görüntü sosial şəbəkələrdə yayılıb. Bu, ərəblərin ölkəmizdə ilk xoşagəlməz əməli deyil. Paytaxt küçələrində, müxtəlif əyləncə məkanlarında etikadan kənar hərəkət edən ərəblərin özbaşınalığı ciddi narahatlıqlar doğurur. Bəzi hallarda Azərbaycan vətəndaşları ilə əlbəyaxa çıxırlar. Bir sözlə, “gəmidə oturub gəmiçi ilə dava edirlər”.
Bəs, belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Sualımızı cavablandıran Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri (AVCİYA) Məhərrəm Zülfüqarlı “Sherg.az”a bildirib ki, ölkəmizdə turistlərin, xüsusilə ərəblərin əxlaqsız hərəkətlərinin qarşısını almaq üçün ciddi nəzarət mexanizmi yaradılmalıdır:
“Turizm idarələrinin və hüquq mühafizə orqanlarının ölkəmizə gələn turistlərlə iş aparması olduqca vacibdir. Qanunlarımız xarici qonaqlara başa salınmalıdır. Ərəblər ölkəmizə gəlir, pulları çoxdur və elə bilirlər ki, pulla hər şeyi həll etmək bilərlər.
Qanunvericilik orqanlarımız bu cür iyrənc əməllərin yaşanmasına yol verməli deyil. Turistlərlə ciddi maarifçilik işi aparılmalıdır.
Onlara başa salınmalıdır ki, Azərbaycanın özünəməxsus mentaliteti var. Məhz bu səbəbdən də onlar ölkəmizdə hər istədiklərini edə bilməzlər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu