“Ədalətsiz sanksiyalar nəticəsində Türkiyə iqdisadiyyatı sarsılacaq” 

Avropa İttifaqı Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparması ilə bağlı bu ölkəyə qarşı sanksiyaları qəbul edib. Qərara əsasən, Avropa İttifaqı Şurası ən yüksək səviyyədə Ankara ilə dialoq aparmaqdan imtina edib. Bundan əlavə, Şura Avropa İnvestisiya Bankına Türkiyədə kredit fəaliyyətinə yenidən baxmağı və Ankaraya maliyyə yardımını azaltmağı məsləhət görüb. Buna cavab olaraq isə Ankara hökuməti Aralıq dənizində qazma işlərini aparacağını bəyan edib. 

AB-nin qardaş ölkəyə tətbiq etdiyi sanksiya ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən politoloq Zeynal Əmralıyev deyib ki, bu ədalətsiz sanksiyalar nəticəsində Türkiyə iqdisadiyyatı sarsılacaq. 

Ekspertin sözlərinə görə, Türkiyənin Avropa ölkələri ilə ticarəri əlaqələri kifayət qədər böyük idi

“Bu Türkiyəyə ziyan olduğu qədər Avropa ölkələrinə də təsir edəcək. Çünki Türkiyə Avropa bazarlarını bir çox məhsullarla təmin edirdi. Türkiyə çalışacaq ki, Avropa ilə yox olmuş iqtisadi əlaqələrini yeni müttəfiqi Rusiya vasitəsi ilə təmin etsin”. 

Analitikin fikrincə, Azərbaycanın bu bazarı dolduracaq potensialı var: 

“İş adamlarını vəziyyəti təhlil edib, düzgün dəyərləndirməyə çaığrıram. Türkiyədə avronun qiymətinin aşağı düşməsinin, rus rublunun qiymətinin qalxmasının şahidi ola biləcəyik. Eyni zamanda Türkiyədə Azərbaycan manatının bahalaşacağını müşahidə edə biləcəyik. İstənilən halda bu sanksiyalar ədalətsiz, ikili standartdaları özündə əks etdirən addımdır. Sanksiyaların tez zamanda ləğv eiləcəyini düşünürəm. Çünki beynəlxalq siyasətdə Türkiyə amili çox güclüdür. Türkiyə Yaxın Şərq regionun real gücü hesab olunur”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu