RƏZALƏT ! Antisanitar və siçovulların yuva saldığı sexlər... - Kimdir müqəssir ? 

Eyyub Hüseynov: “Antisanitar və gigiyenik qaydalara əməl etməyən qida sexləri olduqca çoxdur. Vəziyyət o yerə gəlib çıxıb ki, biz istehlakçılar bütün günü apteklərdə, xəstəxanalarda növbə gözləyirik”



Ölkəmizdə bəzi qidaların təhlükəsiz və antisanitar şəraitdə hazırlanması şübhə altındadır desək, yəqin ki, yanılmarıq. Səbəb isə məhsul istehsalı ilə məşğul olan sexlərdə şahidi olduğumuz iyrənc mənzərədir. 
Təəssüf ki, hazırda müxtəlif qidaların hazırlandığı bir çox fabriklərdə sanitar-gigyenik qaydalara əməl olunmur. İnsan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan “müəssisələr”in sayı getdikcə çoxalır. Doğrudur, məsələ mütəmadi olaraq medianın gündəminə gəlir və bu arzuolunmaz əmələ yol verənlər ciddi tənqid hədəfinə tuş gəlirlər. Buna rəğmən sözügedən sahədə heç bir irəliləyiş müaşahidə olunmur. 
Ötən gün paytaxtda çörək bişirilən zavodların birində siçovulların gəzdiyinə dair Qida Təhlükəsizliyi Agentliyinə (QTA) şikayət daxil olub. Eyni zamanda Bərdə rayonunun Koroğlu küçəsində qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ hüquqi aktların tələblərinə əməl olunmayan bağırsaq emalı sexi aşkarlanıb. Həmçinin Bərdənin Mollalı kəndindəki pendir sexində də acınacaqlı görüntülər qeydə alınıb.
Qanunsuz fəaliyyət göstərən sexdə pendirin yağlılığını süni şəkildə artırmaq məqsədilə bitki yağlarından, habelə məhsula yüksək yağlılıq əmtəə görünüşü vermək məqsədilə beta karotin rəngləyici qida boyasından istifadə edildiyi aşkar olunub.
QTA Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən su və alkoqolsuz içkilərin istehsalı sexlərinə də baxış keçirib. Monitorinq zamanı antisanitar alkoqolsuz içki sexləri aşkarlanıb.
Baş verənlərlə bağlı “Sherg.az”a açıqlama verən Azad İstehlakçılar Birliyin sədri Eyyub Hüseynov bildirib ki, cəmiyyəti insanlar yox, qanunlar idarə edir. 
Birlik sədrinin sözlərinə görə, qanunlar zəif olan yerdə bu cür iyrənc hadisələrə daha çox rast gəlinir:
“Təəsssüf ki, dövlətin istehlakçı hüquqlarını qoruyan qanunlar və bu qanunları yerin yetirə bilən dövlət orqanları tam fəaliyyət göstərmir. Bir il yarım öncə Cənab Prezident tərəfindən istehlakçı hüquqlarını qoruyan əlahiddə orqanın yaradılması ilə bağlı fərman verilib. 
Bu günə kimi Nazirlər Kabineti “yuxulayır” və bu qurumunn yaradılması üçün heç bir addım atılmır. QTA-nın pis müəssisəni ifşa edib malların adını çəkmədiyi bir halda belə hadisələr çox baş verəcək”.
E.Hüseynov qeyd edib ki, antisanitar və gigiyenik qaydalara əməl etməyən qida sexləri olduqca çoxdur:
“Vəziyyət o yerə gəlib çıxıb ki, biz istehlakçılar bütün günü apteklərdə, xəstəxanalarda növbə gözləyirik. Keçən il Prezidentin 10 fevralda imzaladığı QTA-nın yaradılmasına dair fərman hər insanın həyatı üçün vacib sənəddir.
 Bu fərman bəlkə də yeganə fərmandır ki uşaqdan böyüyə hər kəsə aiddir
Lakin QTA-nın əsasnaməsinin yerinə yetirilməsi üçün mütləq ictimai dəstək lazımdır. Amma təəssüf ki, QTA ictimaiyyətlə işləyə bilmir və yaxud da istəmək istəmir. Sertifikatlaşdırma və yoxlama işi yerinə yetirilmir. 
Nə vaxta kimi ki, sertifikatlaşdırma yoxlamadan ayrı olacaq, o vaxta kimi də belə hallara çox rast gələcəyik. 
QTA-nin standartlarına görə, qida ilə bağlı bütün subyektlər agentliyin reyestrindən keçməlidir. 
Gərək siçovullar olan çörək sexi də reyestrdən keçmiş olardı ki, neqativ hallar baş verən zaman agentlik müəyyən işlər görərdi”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu