Vəkil məhkəmə zalında QANDALLANDI


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA -nın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Cəfərov 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifova atası Rəhman Yusifovu həbsdən azadlığa buraxdırmaq vədi ilə ondan 150 min manat alıb. Lakin M.Cəfərov verdiyi vədə əməl etməyib.
M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Qeyd edək ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu