Girovun oğlundan BQXK-ya sərt sözlər: “Budur onların ədaləti ? !”  


“Atamın sağ olub-olmadığını bilmirəm”.
Bunu "Sherg.az”a Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
Onun sözlərinə görə, artıq iki ilə yaxındır ki, Beynəlxalq Qızıl Xaç Kommitəsinin (BQXK) əməkdaşları atası Dilqəm Əsgərovdan nə məktub, nə şəkil, nə də video görüntü gətirir:
“Artıq dörd ilə yaxındır ki, bununla bağlı Avropanın İnsan Haqları məhkəməsinə iş vermişik. Lakin bu sahədə heç bir dəyişiklik müşahidə etmirdik. Ona görə də qərara gəldim ki, Fransaya səfər edib Avropa Şurası Parlament Assambleyasının təşkil etdiyi tədbirdə iştirak edim.
Avropa İnsan Haqları məhkəməsində atamla bağlı müraciətimdən danışdım. Müddətin uzadıldığını diqqətə çatdırdım. Əfsuslar olsun ki, bu gün də Ermənistan beynəlxalq qurumların girovlarla bağlı verdiyi qərərların heç birini yerinə yetirmir.
Ermənilər hər zaman Azərbaycan və azərbaycanlılara qarşı qərəzli mövqe sərgiləyiblər. Elə onun nəticəsidir ki, atam Dilqəm Əsgərov beş ilə yaxındır qanunsuz şəkildə erməni girovluğunda saxlanılır. Bütün bunların qarşısında isə beynəlxalq qurumlar Ermənistana qarşı hər hasısa bir təzyiq göstərmir. 
Atamgil erməni girovluğunda işgəncə altında  saxlanılır. BQXK isə atamla bağlı bizə yalnız şifahi məlumat verir. Onların verdiyi məlumat məni qane etmir. Onlara inanmıram. Atamın səhhətindən nigaranam. Heç atamın sağ olub –olmadığını  belə bilmirəm. BQXK bizə atamdan məktub və ya video- görüntü gətirə bilmirsə, onlar hansı mandatdan, prinsipial mövqedən danışırlar? BQXK illərdir, Azərbaycanda olan erməni girovdan ailəsinə məktub, foto, video aparır, hətta görüntülü danışdırır. Bəs nə üçün bunların heç bizlər üçündə təşkil edilmir. Danışanda ədalət deyirlər. Budur onların ədaləti ?”.  
Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu